AZ

Yalnız əməkhaqqı kartı bankda olanlar üçün nağd kredit imkanı yaradılıb

"PAŞA Bank" ASC yalnız əməkhaqqı kartı bu bankda olan müştərilər üçün nağd kredit məhsulu təqdim edir.

Finss.az xəbər verir ki, kredit AZN valyutasında verilir və maksimal müddəti 48 ay təşkil edir.

Bankdan verilən məlumata əsasən, kreditin illik faiz dərəcəsi 11.5%-dən başlayaraq 28%-dək, illik faktiki illik dərəcə (FİFD) isə 29.86%-dək dəyişə bilər. Kreditin rəsmiləşdirilməsi zamanı 0-3% komissiya tətbiq edilir. Eyni zamanda, sığorta tələbi hallardan asılı olaraq irəli sürülə bilər.

Kreditin ödənişi annuitet cədvəli ilə həyata keçirilir. Müraciət etmək üçün müştərilər PAŞA Bank Mobil Əlavəsi vasitəsilə onlayn şəkildə rahatlıqla kredit sifariş edə bilərlər.

Ətraflı məlumat üçün: //www.pashabank.az/loans_ib,1026/lang,az/

Fuad Mədətov
Finss.az

Seçilən
1
fins.az

1Mənbələr