
İran raketləri İsrail kəşfiyyat xidməti “Mossad”ın Təl-Əviv yaxınlığındakı qərargahına düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Digər tərəfdən, İran ordusunun quru qoşunlarının komandanı general-mayor Kiyumars Heydari yeni silahlardan istifadə etməklə İsrailə qarşı genişmiqyaslı hücumun başladığını elan edib.
Onun sözlərinə görə, yeni silahlardan istifadə etməklə başlayan hücumlar yaxın saatlarda daha da güclənəcək.