"Fənərbağça" prezidenti Ali Koç Bakıya səfər edib.
Offsideplus.az xəbər verir ki, 58 yaşlı biznesmen öz iş münasibətlərinə görə Azərbaycanın paytaxtına gəlib. O, bununla bağlı bu gün bir sıra görüşlər keçirib.
Qeyd edək ki, A. Koç 2018-ci ildən "Fənərbağça" klubunun prezidentidir. "Sarı-lacıvərdlilər" onun dövründə Türkiyə çempionluğu qazana bilməyib.
O, eyni zamanda Koç Holdinqin idarəetmə heyətinin üzvüdür.