ASTARA, 17 iyun. TELEQRAF
Bu gün Astara sərhəd buraxılış məntəqəsindən ilk Gürcüstan vətəndaşı təxliyə olunub.
Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, iki övladı ilə Azərbaycan tərəfə daxil olan əcnəbi İrana turist kimi gedibmiş.
Xatırladaq ki, 5 gündür ki davam edən təxliyə prosesində 600-dən çox şəxs Azərbaycanın yaratdığı humanitar dəhlizdən istifadə edib.