AZ

İsrail İranı vurmazdan 2 saat əvvəl TÜRKİYƏNİ xəbərdar edibmış - ŞOK DETALLAR

İsrail və İran arasında qarşıdurmalar 5-ci günə girir. İsrailin ilk hücumu ilə bağlı diqqətçəkən detallar yayılıb.

Musavat.com xəbər verir ki, Middle East Eye-nin Türkiyənin yüksək rütbəli rəsmilərindən öyrəndiyi məlumata görə, Türkiyə hücumdan bir neçə saat əvvəl İsrail tərəfindən xəbərdar edilib.

Belə ki, ilk hücum gecəsi yüksək rütbəli iranlı şəxslərə qarşı əməliyyat başlamazdan bir neçə saat əvvəl İsrail Ankara ilə əlaqə saxlayıb.

Xəbərdə yer alan məlumata görə, hücumlar başlayandan sonra Ankarada təcili olaraq böhran masası yaradılıb. Türkiyə Hərbi Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hücumdan sonra regional qarşıdurmaların yayılması halında görüləcək işlər müzakirə edilib.

Qeyd edək ki, Türkiyə mediası Ankaranın İsrailin İrana hücümlarını pislədiyinə diqqət çəkir.

Musavat.com

Seçilən
11
1
musavat.com

2Mənbələr