AZ

Ali təhsilli qadınların sayı artır - Son 5 ilin STATİSTİKASI

Son illər ölkədə qadınların ali təhsilə marağında artım müşahidə olunur. Bu, həm də əmək bazarında ali təhsilli qadın mütəxəssislərin sayının yüksəlməsinə səbəb olub. Qadınların təhsildəki fəallığı cəmiyyətin sosial-iqtisadi inkişafına da mühüm töhfə verir.

 

Görəsən, son 5 ildə ali təhsilli qadınların sayı nə qədər olub?

 

Mövzu ilə bağlı AzEdu.az Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb. 


Sorğumuza cavab olaraq bildirlib ki, 2020 - 2024-cü illər ərzində ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsini 94,2 min nəfər qadın mütəxəssis bitirmişdir.

Ümumilikdə, bu statistika qadınların ali təhsilə marağının və çıxış imkanlarının artdığını göstərir.
94,2 min qadının bakalavriat səviyyəsində təhsilini tamamlaması, ölkədə qadınların təhsildə və peşəkar sahələrdə fəallığının yüksəldiyini təsdiqləyir.

Seçilən
3
azedu.az

1Mənbələr