AZ

Martin Baturina “Komo”da - Rəsmi

Zaqreb “Dinamo”sunun 22 yaşlı xorvat hücumameyilli yarımmüdafiəçi Martin Baturina bundan sonra “Komo”nun uğurları üçün çalışacaq.

Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.

Keçid “Komo”ya 17 milyon avro məbləğ müqabilində başa gəlib. Tərəflər müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar. Baturina cari ilin iyul ayının 1-də “Komo”nun düşərgəsinə keçəcək.

Xorvat futbolçu müvafiq keçidini şərh edib:

“Mən burada, gözəl layihəyə malik, bu mənzərəli şəhərdə yerləşən “Komo”da olacağıma çox şadam. Mən klub rəhbərliyi və məşqçi ilə söhbətləşmişəm və yeni təcrübəmin başlanğıcı və meydana bu komandanın köynəyində çıxmağın intizarındayam”, deyə Baturina vurğulayıb.

Martin Baturina Zaqreb “Dinamo”sunun məzunudur.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Baturina üçün “Dinamo” üçün 45 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə fərqlənib.

Martin Baturina 2023-cü ilin noyabr ayında debüt etdiyi Xorvatiya yığmasının heyətində 12 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərlənib.

“Transfermarkt” internet-portalı 22 yaşlı xorvat hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
14
arena.az

1Mənbələr