
İsrailin Baş naziri Benyamin Netanyahu, ABŞ Prezidenti Donald Trampı hərbi kampaniyaya qoşulmağa və İranın Fordo şəhərindəki nüvə obyektinə zərbə endirməyə inandırmağa çalışır. Bu barədə Axios məlumat yayıb.Nəşrin bildirdiyinə görə, ABŞ administrasiyası, Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda İrana təzyiq vasitəsi kimi İsrailə bunkerə qarşı bomba ötürülməsini nəzərdən keçirir. Görüşün bu həftə baş tutması ehtimalı var.Axios həmçinin bəzi ABŞ mediasının yaydığı məlumatları təsdiqləyib – Ağ Ev, bu həftə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkofla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş keçirilməsini müzakirə edir. ABŞ tərəfi, nüvə sazişi və İsrail-İran qarşıdurmasının dayandırılmasını nəzərdə tutan diplomatik təklifi təqdim etməyi planlaşdırır. Axios-un mənbələrinə görə, görüş hələlik yekun şəkildə razılaşdırılmayıb.Ulusum.az
Diqqət Çəkənlər
İsrailin İran planı təkcə günlər yox, həftələrlə davam edə bilər – CNN xəbər verir
Şəkərin kölgəsində gizlənən xərçəng riski
“Aclıq silaha çevrilir, Yaxın Şərq yanır” – Sandersdən həyəcan təbili