"Mançester Siti"nin son mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirən müdafiəçisi Kayl Uokerin digər İngiltərə təmsilçisinə keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Məlumata görə, onun xidmətində İngiltərənin "Everton" maraqlıdır. Mənbə tərəflərin danışıqlara başladıqlarını vurğulayıb. Artıq Liverpul təmsilçisinin baş məşqçisi Devid Moyes də 35 yaşlı futbolçunu transfer etmək istədiklərini təsdiqləyib.
Qeyd edək ki, Uoker "Milan" forması ilə 16 matça çıxıb.