AZ

Fransa - Azərbaycan oyununun məkanı təsdiqləndi

UEFA DÇ-2026-nın seçmə mərhələsinin Fransa - Azərbaycan matçının məkanını təsdiqləyib.

Operativ Media-nın qurumun saytına istinadən yaydığı xəbərə görə, oyun Parisdəki "Park de Prens" stadionunda keçiriləcək. 

Bu arena 48 minə yaxın tamaşaçı tutumuna malikdir. PSJ komandası ev oyunlarını məhz "Park de Prens"də keçirir.

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu oktyabrın 10-u, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Xatırladaq ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində Fransa, İslandiya və Ukrayna ilə birgə D qrupunda mübarizə aparacaq. 

Seçilən
5
4
operativmedia.az

9Mənbələr