Rusiyada Bryansk vilayətinin sakininin Ukraynada xüsusi hərbi əməliyyatlarda döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra ürəyi dayanıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Vkontakte” sosial şəbəkəsində məlumat yayılıb.
Məlumata görə, Poçepdən olan bir qadın DXR-in Makeyevka kəndi yaxınlığında 1985-ci il təvəllüdlü oğlunun öldüyü barədə bildiriş alıb. Xəbəri alandan yarım saat sonra qadın dünyasını dəyişib.
“Yəqin ki, yazıq qadının ürəyi parçalanıb, ana aldığı xəbərə dözə bilməyib”, - nəşr yazıb.
Ananın 63 yaşında olduğu məlum olub.
QAZİLER.AZ