AZ

1358 hektar ərazi minalardan təmizləndi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə iyunun 10-dan 16-dək icra olunan əməliyyatlar barədə məlumat açıqlayıb.

Qurumdan Publika.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 131 piyada və 29 tank əleyhinə mina, həmçinin 528 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Həmçinin qeyd edilib ki, 1358.7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət adıçəkilən ərazilərdə həyata keçirilir.

Seçilən
54
49
publika.az

10Mənbələr