GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Prezident Vladimir Putinin göstərişi ilə Pxenyana gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, S.Şoyqu Şimali Koreya lideri Kim Çen İnlə görüşəcək.
“O, iyunun 4-də son səfəri zamanı əldə olunmuş razılaşmalar çərçivəsində KXDR rəhbərliyi ilə danışıqlar aparacaq. Bu, ölkələr arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında müqaviləyə uyğun olaraq həyata keçirilir”, – deyə əlavə olunub.
Qeyd edək ki, bu, Şoyqunun son üç ayda KXDR-ə üçüncü səfəridir.
Əliyar Xəlil
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.