AZ

Avropa Macarıstan və Slovakiyanın vetosundan yan keçməyin yolunu tapıb

Avropa Komissiyası Rusiya qazının idxalını sanksiyalar mexanizmi əvəzinə ticarət qanunvericiliyindən istifadə edərək qadağan etmək təklifi hazırlayır.

Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” Avropa strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Sənədin rəsmi təqdimatı çərşənbə axşamı, iyunun 17-də planlaşdırılır. Ticarət qanunvericiliyindən istifadə Macarıstan və Slovakiyanın mümkün vetosundan yan keçməyə imkan verəcək. Bu, bütün Aİ ölkələrinin yekdil qərarını tələb edən sanksiyalar mexanizmindən istifadə etməklə veto təşəbbüsünün qarşısını ala bilər.

Layihəyə əsasən, Rusiya qazı üçün yeni müqavilələrin imzalanmasına qadağa onun qəbulundan dərhal sonra qüvvəyə minəcək. Qısamüddətli müqavilələr 2026-cı ilə qədər, uzunmüddətli müqavilələr 2028-ci il yanvarın 1-dən gec olmayaraq başa çatmalıdır.

Macarıstan və Slovakiya üçün xüsusi şərtlər nəzərdə tutulub. Planla tanış olan üç rəsmi bildirib ki, dövlətlərə 2027-ci ilə qədər Rusiyadan qaz tədarükünü tədricən dayandırmaq üçün əlavə vaxt veriləcək.

Musavat.com

 

Seçilən
1
musavat.com

1Mənbələr