AZ

"İsrailə qarşı hücumlar yaxın saatlarda güclənəcək"

İran dövlət televiziyası Quru Qoşunlarının komandanı Kəyumərs Heydərinin İsrailə qarşı başlatdığı cavab tədbirləri ilə bağlı açıqlamalarını yayımlayıb.

News24.az xəbər verir ki, Heydəri, "Yeni və qabaqcıl silahlarla intensiv PUA hücumları başlayıb və önümüzdəki saatlarda daha da güclənəcək" deyib.

Heydəri ötən gün və gecə ərzində müxtəlif növ dağıdıcı və dəqiq gücə malik PUA-larla İsrailə qarşı cavab hücumları həyata keçirdiklərini bildirərək, “(Bu silahlar) sionist rejimin Təl-Əviv və Hayfadakı strateji mövqelərini darmadağın etdi” deyə əlavə edib.

Günel Məlikzadə

Seçilən
8
news24.az

1Mənbələr