AZ

Brent markalı neftin bir barelinin qiyməti 73,73 dollara yüksəlib

Finss.az xəbər verir ki, Neft qiymətləri əvvəlki sessiyanın sonundakı enişdən sonra çərşənbə axşamı səhər yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı avqust fyuçerslərinin dəyəri Moskva vaxtı ilə saat 8:10-a olan vəziyyətə görə 0,5 dollar (0,68%) artaraq bir barel üçün 73,73 dollar təşkil edib. Bazar ertəsi bu müqavilələr 1 dollar (1,35%) azalaraq 73,23 dollar/barelə düşüb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,46 dollar (0,64%) artaraq bir barelə görə 72,23 dollar təşkil edib. Əvvəlki sessiyanın sonunda bu kontraktların dəyəri 1,21 dollar (1,66%) azalaraq 71,77 dollar/barel təşkil edib.

Seçilən
0
fins.az

1Mənbələr