AZ

Yayda bu qidalardan uzaq DURUN – Mütəxəssisdən XƏBƏRDARLIQ

“Yüksək risk qrupuna aid olan qidalar var ki, bunlar yay mövsümündə daha tez xarab olur. Bu qidaların tərkibində mikroorqanizmlər, bakteriyalar, viruslar asanlıqla çoxaldığı üçün zəhərlənmə riski yaradır. Ona görə də bir çox qidalar var ki, onları istər çiy, istərsə də bişirilmiş şəkildə saxlayarkən soyuq qida zəncirinə diqqət etmək lazımdır”.

Bunu Bizim.Media-ya müsahibəsində Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, heyvan mənşəli qidalar zülal tərkibli olduğu üçün onlar da tez xarab olmağa meyillidir:

“Ona görə də isti havalarda bu məhsullar doğru şəkildə mühafizə olunmalıdır. Bu günlərdə süd və süd məhsullarına qarşı diqqətli olmalıyıq. İsti günlərdə bu məhsullar da tez xarab olur. Yaxşı olar ki, süd məhsulları mənşəyi bəlli olan yerlərdən alınsın. Alınan südün konservantsız və təzə olmasına fikir verilməli və bir qayda olaraq soyuducuda saxlanılmalıdır. Bundan başqa balıq və dəniz məhsulları da risk qrupuna aid olduqları üçün bunları istehlak edərkən hər zaman diqqətli olmaq lazımdır”.

Müsahibimiz xəbərdarlıq edib ki, mövsümü olmayan meyvələri alarkən, saxlayarkən çox diqqətli olmaq lazımdır:

“Çünki onların yetişməsində istifadə olunana süni istilik, kimyəvi maddələr, hormonlar var ki, onlar bir çox insanlarda, xüsusilə də uşaqlarda, hamilə qadınlarda, xroniki xəstəlikləri olanlarda hər zaman xüsusi risklər yaradır. Ən əsası mənşəyi bəlli olmayan məhsulları almaq doğru deyil”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
3
bizim.media

1Mənbələr