AZ

Daşkənd və Pekin Özbəkistanın ÜTT-yə daxil olması haqqında protokol imzalayıb

Daşkənd və Pekin Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması məsələləri üzrə ikitərəfli danışıqların başa çatması haqqında Protokol imzalayıblar.

"Report" xəbər verir ki, sənəd Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çin Sədri Si Cinpinin danışıqlarının yekunları üzrə imzalanıb.

Qeyd olunub ki, dövlət başçıları iyunun 17-də Astanada "Mərkəzi Asiya - Çin" sammiti çərçivəsində danışıqlar aparıblar.

Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, tərəflər dinamik inkişaf edən ticari-iqtisadi əməkdaşlığı qeyd ediblər: "2024-cü ildə əmtəə dövriyyəsi 14 milyard dollara çatıb. İnvestisiya layihələrinin portfeli 60 milyard dolları keçir".

"Özbəkistanın regionlarında birgə texnoparklar və xüsusi sənaye zonaları uğurla fəaliyyət göstərir, BYD markalı elektromobillərinin istehsalı genişlənir", - Prezidentin mətbuat xidmətinin məlumatında qeyd edilib.

Seçilən
0
2
report.az

3Mənbələr