AZ

Aşqabadda Hindistan Çay Festivalı keçirilib

Yazını böyüt
Yazını kiçilt

Türkmənistanın paytaxtı Aşqabad şəhərində Assam çayının 200 illiyinə həsr olunmuş Hindistan Çay Festivalı keçirilib. Tədbir Hindistanın Türkmənistandakı səfirliyi tərəfindən təşkil olunub.

Hafta.az-ın yazdığına görə, festivalda Hindistanın Türkmənistandakı səfiri Madhumita Hazarika Bhagat, beynəlxalq təşkilatların, ölkədə akkreditə olunmuş diplomatik korpusun, nazirliklərin və mədəniyyət müəssisələrinin, eləcə də Türkmənistan Sənayeçilər və Sahibkarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Səfir Bhaqat bildirib ki, Hindistan çay istehsalına görə dünyada ikinci, ixracına görə isə üçüncü yeri tutur. Hindistan çay bazarının həcmi 2024-cü ildə 11,5 milyard dollar olub. Eyni zamanda, ölkədə istehsal olunan çayın 80 faizi daxili bazara yönəldilir.

Səfir vurğulayıb ki, Hindistanda çay sadəcə içki deyil, qonaqpərvərlik və sosial əlaqələrin simvoludur. Hindistan mədəniyyətində süd, şəkər və ədviyyatlar, o cümlədən hil və zəncəfil əlavə edilərək hazırlanan Masala çayı xüsusi yer tutur.

Festival çərçivəsində qonaqlar hind çayının müxtəlif növləri ilə tanış olub, milli mətbəxin təamlarından dadıb, ənənəvi rəqslər və mədəni tamaşalardan ibarət proqramdan həzz ala biliblər.

Seçilən
5
hafta.az

1Mənbələr