Beynəlxalq Enerji Agentliyi (IEA) Azərbaycanda 2030-cu il üçün orta hesabla gündəlik xam neftin hasilatı üzrə proqnozunu açıqlayıb.
Bu barədə “APA-Economics” Agentliyin "Oil 2025: Analysis and forecast to 2030" hesabatına iastinadən xəbər verir.
Hesabata əsasən, 2030-cu ildə qeyd olunan göstərici 420 min barel (kondensatsız - red.) təşkil edəcək, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 60 min barel azdır.
Hesabatda qeyd olunur ki, 2024-cü ildə Azərbaycanda gündəlik xam neft hasilatı 480 min barel təşkil edib.