"Bolonya müdafiəçisi Con Lukuminin dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, İtaliya klubu kolumbiyalı futbolçu üçün 8 milyon avro tələb edir. Onunla "Qalatasaray" yaxından maraqlanır.
Bu barədə Türkiyənin "Milliyet" nəşri məlumat yayıb.
Lukumi hazırda "sarı-qırmızılar"ın müdafiənin mərkəzinə transfer etmək üçün əsas hədəfidir.
O, 2022-ci ildən "Bolonya"da çıxış edir. Kolumbiyalı futbolçu başa çatan mövsüm 44 oyunda 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.