AZ

Fələstinli futbolçu İsrailin hücumu nəticəsində öldürüldü

BAKI. 17 iyun. TELEQRAF

Fələstinin "Cəbaliyə" klubunun futbolçusu Abdulla Mazen Havila İsrailin hücumları nəticəsində ölüb.

Teleqraf-ın xəbərinə görə, bu barədə Fələstin Futbol Federasiyası məlumat yayıb.

Hadisənin təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi əvvəllər BƏƏ-nin "Əl-Ayn" və "Dubay Siti" komandalarında çıxış edib.

Seçilən
4
teleqraf.com

1Mənbələr