AZ

21 ölkə İsrailin İrana hücumunu pislədi Birgə bəyanat

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

21 ərəb və müsəlman ölkəsi birgə bəyanat yayaraq, İsrailin İrana hava zərbələrini pisləyib.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bəyanatda İsrailin hücumları beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirilir.

Bəyanatı imzalayan ölkələr vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün dərhal de-eskalasiyaya çağırıblar. Onlar eyni zamanda İsrailin aqressiyasına son qoyulmasını tələb ediblər.

Birgə sənəddə nüvə obyektlərinin qorunmasının vacibliyi xüsusi vurğulanıb, diplomatik səylərin bərpası və Yaxın Şərqdə nüvəsiz bir regionun yaradılması üçün beynəlxalq ictimaiyyətin səfərbərliyi tövsiyə olunub.

Lalə,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
151
40
www.bakupost.az

10Mənbələr