Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsrail və İran arasındakı münaqişə Qərbin Ukraynaya, xüsusən də ABŞ-dan silah tədarükünə daha da böyük məhdudiyyətlər gətirmək təhlükəsi yaradır.
Bizimyol.info xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti məlumat yayıb.
Qəzet hesab edir ki, İsrail və İran arasındakı münaqişə Ukrayna üçün pis xəbərlər gətirir. "Yaxın Şərqdəki gərginlik Qərbin Ukraynaya, xüsusən də İsrailin prioritet müttəfiqi olduğu ABŞ-dan silah tədarükünü daha da məhdudlaşdırmaq təhlükəsi yaradır”, - deyə bildirilir.
Qəzetin qeyd edib ki, neftin qiyməti kəskin artıb və bu, Rusiyaya daha çox gəlir gətirir. "Bundan başqa, Moskva beynəlxalq siyasi çəki qazanaraq özünü İranla vasitəçi kimi təqdim edir. Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Rusiya lazım gələrsə, İran-İsrail münaqişəsinin həllində vasitəçilik xidmətləri göstərməyə hazırdır. O xatırladıb ki, ötən günlərdə Rusiya prezidenti Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu, İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampla danışıqlar aparıb", - deə İspaniya qəzeti qeyd edib.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.