AZ

İran İsrail savaşı Azərbaycanda turizm sektoruna ağır başa gəlir: ölkəyə gələn turistlərin sayı xeyli azalıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hər il açıqlanan statistika göstərir ki, ölkəyə gələn turistlərin sayı zamanla artır. Düzdür, rekord 2019-cu ildə qeydə alınmışdı. Həmin il turist sayı 3,2 milyon nəfərə çatmışdı. Amma artım sürəti rekordun təzələnməsi ehtimalını artırır. Dövlət Turizm Agentliyi 2025-ci ildə sayın 3 milyon nəfəri keçəcəyini proqnozlaşdırırdı. Gələn il isə daha yarım milyon nəfər artım gözlənilirdi.

Bizimyol.info xəbər verir ki, müharibə turizm sektoruna ağır başa gəlir. Hətta son günlər Azərbaycanda bu sektorun ciddi zərbə aldığını demək olar. Hava limanında reyslər bir-birinin ardınca təxirə salınır. Bu vəziyyətə görə bilet qiymətləri kəskin artıb. Bir sözlə, İran-İsrail müharibəsi bizim turizm sektoruna inanılmaz zərər vurur. Yayın bu günlərində Tufandağ Qış-Yay İstirahət Kompleksi, Şahdağ Turizm Mərkəzi turistlə qaynayırdı. Amma bölgədə yeni müharibənin alovlanması həmin nöqtələrin boş görünməsinə səbəb olub. Ümumiyyətlə, son bir neçə gün ərzində həm özəl, həm də dövlət turizm mərkəzləri müştəri qıtlığı yaşayır. Müharibə açıq-aşkar işini görür.

Əsasən, Dubay, Əbu-Dabi, Küveyt təyyarə reysləri təxirə düşür. Məsələn, iyunun 16-da məhz bu reyslərin təxirə düşməsi qeydə alınıb. Batumiyə, Moskvaya, İstanbula, Ankaraya uçuşlarla bağlı problem yaranmayıb. Amma iş orasındadır ki, Azərbaycana turist axını əsasən Asiya ölkələrindən olur. Xüsusilə Hindistandan, ərəb dövlətlərindən gələnlərin payı böyükdür. Reyslərin təxirə salınması ölkə turizmini iflic edir.

Hindistanla Pakistan arasındakı bir neçə günlük atışma da bənzər vəziyyət yaratmışdı. Hindistan vətəndaşları turist paketlərindən imtina etməyə başlamışdı. Hətta həmin hadisələrin təsiri son günlərə qədər hiss olunurdu.

İndi qeyri-müəyyən vəziyyət yaranıb. İran-İsrail müharibəsinin nə qədər davam edəcəyi bilinmir. Ölkə turzim sektorunda zərbələrin tezliklə dayandırılmasını arzu edirlər. Çünki müharibə bu sektor nümayəndələri üçün müflis olmaq, işsiz qalmaq anlamına gəlir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr