AZ

5 min manatdan 250 min manata qədər biznes kreditləri əlçatandır

“PAŞA Bank” ASC biznes sahibləri üçün girovsuz, tam onlayn müraciət edilə bilən biznes kreditini təqdim edir.

Finss.az xəbər verir ki, kredit üçün müraciət yalnız 3 addımda tamamlanır və bankın qərarını qəbul etdiyiniz gün vəsait hesabınıza daxil olur — cəmi 2 saat ərzində.

Kreditin məbləği 5 000 AZN-dən başlayaraq 250 000 AZN-ə qədər, müddəti isə 3 aydan 24 aya qədər təyin edilir. İllik faiz dərəcəsi 12%-dən 17%-ə qədər dəyişir. Kredit bir dəfəlik ödənilir və geri ödəniş annuitet (aylıq bərabər hissələrlə) şəklində həyata keçirilir. Kredit rəsmiləşdirilməsi üçün 1% birdəfəlik komissiya tutulur.

Bu kredit üçün girov tələb olunmur, lakin hüquqi şəxslər üçün təsisçilərin zaminliyi tələb oluna bilər. Kreditin vaxtından əvvəl bağlanması zamanı əlavə ödənişlər tətbiq edilə bilər. Gecikmə hallarında illik faiz dərəcəsinə 15% əlavə cərimə tətbiq olunur.

Müsbət kredit qərarı müştəriyə bildirildiyi gündən 14 təqvim günü ərzində qüvvədə qalır. Kredit üçün müraciət etmək üçün onlayn ərizəni doldurmaq və tələb olunan sənədləri yükləmək kifayətdir. Ərizə göndərildikdən sonra 1 iş günü ərzində qərar verilir, müqavilə isə onlayn imzalanır.

Beləliklə, “PAŞA Bank” ASC-nin onlayn biznes krediti sahibkarlar üçün rahat, sürətli və etibarlı maliyyə dəstəyidir.

Ətraflı məlumat üçün: //sme.pashabank.az/onlayn-biznes-kredit/tecili-biznes-krediti?utm_source=direct&utm_medium=Pashabank.az

Fuad Mədətov
Finss.az

Seçilən
5
fins.az

1Mənbələr