AZ

Kiyevə hava hücumu edilib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar olub

İyunun 17-ə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyev şəhəri çoxkombinasiyalı hava hücumuna məruz qalıb. AYNA.AZ Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya ordusu əvvəlcə kütləvi hücum dronlarından istifadə edib. Kiyevdə intensiv partlayış səsləri eşidilib.

Daha sonra paytaxtda müxtəlif tipli raketlər atılıb.

Kiyev şəhər Hərbi Administrasiyası vətəndaşları xəbərdarlıq edib.

Paytaxt meri Vitali Kliçko isə bildirib ki, hava hücumu nəticəsində Kiyevin bir sıra yaşayış binalarında dağıntılar qeydə alınıb. Mülki şəxslər arasında ölənlər və xəsarət alanlar olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
ayna.az

1Mənbələr