Tramp qeyd edib ki, əgər tərəflər arasında müvafiq razılıq əldə olunarsa, Kanada bu sistemə qoşulmaq üçün ödəniş edəcək. Sistemin məqsədi ölkələri mümkün raket hücumlarından qorumaqdır.
Qeyd edək ki, "Qızıl Günbəz" (Iron Dome) ilk dəfə İsrail tərəfindən hazırlanmış və ABŞ ilə birgə təkmilləşdirilmiş bir müdafiə sistemidir. Hazırda ABŞ bu texnologiyanı öz milli təhlükəsizlik sisteminə uyğunlaşdıraraq genişləndirmək niyyətindədir.
Mütəxəssislərin fikrincə, Kanadanın bu sistemə qoşulması Şimali Amerikanın hava və raket təhlükəsizliyini daha da gücləndirə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31