Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
Türkiyəli keçmiş model Qamze Özçelikin "Umuda Koşanlar" dərnəyi olaraq Qəzzada tikdirdiyi çörək sexi dağıdılıb.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özçelik və dərnəyinin sağ qalmağa çalışan mülki insanlara hər gün təzə çörək payladıqları çörəkxana İsrail tərəfindən bombalanıb.
Özçelik əllərindən gələni etməyə davam edəcəklərini bildirib:
"İsrailin hücumları nəticəsində çörək sexlərimizdən birinin bombalandığını və çörək sexində çalışan 3 qardaşımızın şəhid olduğunu kədərlə öyrəndik. Qəzzada şəhid olan bütün qardaşlarımıza bir daha Allahdan rəhmət diləyirik. Biz kədərlənirik, biz də çarəsizik. Əlimizdən gələni etməyə davam etsək də, bundan artığını edə bilmədiyimiz üçün utanırıq".
Aysel
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.