AZ

Putin bunu qəsdən edir: Sibiqa rusların son hücumunu ŞƏRH ETDİ

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiyanın Kiyevə qarşı son kütləvi hücumunu şərh edərkən, Kremlin bunu G7 sammiti zamanı qəsdən etdiyini iddia edib.

Publika.az "Avropa həqiqəti"inə istinadən xəbər verir ki, bu barədə Sibiqa "X" sisial şəbəkəsində yazıb.

Nazir yüzlərlə pilotsuz uçan aparatın və raketin mülki şəxsləri hədəf aldığını, Kiyevin xüsusilə ağır zərbə aldığını söyləyib.

"Putin bunu qəsdən, məhz G7 sammiti zamanı edir. O, ABŞ-a və qətllərə son qoymağa çağıran digər tərəfdaşlara tamamilə etinasızlıq siqnalı verir", - Sibiqa yazıb.

"Rusiya həll yolları tapmaq və müharibəyə son qoymaq üçün təkcə atəşkəs və ya liderlərin görüşünü rədd etmir. O, diplomatik həll yolları axtarırmış kimi görünməklə Ukraynanın paytaxtına həyasızcasına hücum edir", - deyə o əlavə edib.

Seçilən
8
publika.az

1Mənbələr