Orta əsrlərin ən qorxunc kabusu yenidən səhnəyə qayıdır. Bir zamanlar “Qara Ölüm” adıyla Avropanın yarısını məhv edən bubonik vəba, 21-ci əsrin texnoloji və tibbi imkanlarına baxmayaraq, yenidən ciddi narahatlıq yaratmağa başlayıb. Monqolustanda eyni ailənin üç üzvündə aşkar edilən yoluxma halları, yüzillərdir sakit qalan bu xəstəliyin yeni mərhələyə keçə biləcəyinə işarə edir.
İnsandan insana yoluxma ilk dəfə rəsmi şəkildə təsdiqləndi
2023-cü ilin avqust ayında Monqolustanda qeydə alınan bubonik vəba hadisəsində maraqlı və bir o qədər də təhlükəli məqam var: İnsandan insana ötürülmə artıq təsdiqlənib. Yoluxan şəxsin həyat yoldaşı və qızında da oxşar simptomların yaranması bu ehtimalı gücləndirir. Bu isə sadəcə lokal bir infeksiya deyil, potensial qlobal təhlükə kimi dəyərləndirilməlidir.
Tarixdən dərslər alınmadı?

1347–1351-ci illərdə Avropada bubonik vəbanın törətdiyi dəhşət hələ də yaddaşlardadır: təxminən 25 milyon insan həyatını itirmişdi. Xəstəlik o dövrdə elmi və tibbi biliklərin zəifliyi fonunda sürətlə yayılmış və sosial nizamı alt-üst etmişdi. Bu gün isə sual yaranır: eyni kabus yenidənmi yaşanacaq?
Təhlükə realdırmı?
Enfeksion xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Funda Timurkaynak xəbərdarlıq edir: “Zamanında müdaxilə edilməsə, bubonik vəba sürətlə sepsislə nəticələnə, ya da ağciyərlərə keçərək zatürəyə səbəb ola bilər. Xüsusilə öskürək zamanı havaya yayılan damcılarla insandan insana keçə bilir.” Bu faktlar, virusun sürətlə yayılma potensialına malik olduğunu göstərir.
Qlobal yayılma riski varmı?
Hal-hazırda xəstəlik Çin və Rusiya sərhədinə yaxın bölgələrdə qeydə alınıb. Bu isə təkcə Çini deyil, Mərkəzi Asiya ölkələrini və nəzarətsiz sərhəd bölgələrini də təhdid altına salır. Madagaskar, Peru və Konqo kimi ölkələrdə vəba hələ də sporadik hallarda baş verir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 2010–2015-ci illər arasında 3248 yoluxma, 584 ölüm baş verib. Bu rəqəmlər göstərir ki, bubonik vəba “tarixdə qalmayıb”.
Bəs, əsas təhlükə nədir?
Əgər aşağıdakılar nəzarətsiz qalarsa, vəziyyət çətinləşə bilər:
Gəmirici heyvanların nəzarətsiz yayılması
Sanitar-gigiyenik şəraitin zəifliyi
Səhiyyə sisteminin hazırlıqsız olması
Yoluxma hallarının gizlədilməsi və ya az ciddiyə alınması
Yeni pandemiya mümkündürmü?
Hazırkı dövrdə antibiotiklər və erkən diaqnostika imkanları sayəsində bubonik vəba pandemiya səviyyəsinə çatmaya bilər. Ancaq xəstəliyin yoluxma yollarının dəyişməsi və insanlar arasında ötürülməsinin rəsmi şəkildə təsdiqlənməsi ehtiyatlı olmağın vacibliyini göstərir.
Bəlkə də "Qara ölüm" yenidən qapımızı döyür – bu dəfə modern dünyada. Hazır olmağımız üçün isə təkcə tibbi yox, informasiya və səhiyyə sahələrində də çevik və şəffaf davranmaq zəruridir.