AZ

Şifrə girişi tarixə qovuşur: "Apple" avtomatik doldurma funksiyasını genişləndirir

"Apple", iOS 26 və macOS Tahoe yeniləmələri ilə birlikdə avtomatik doldurma (AutoFill) funksiyasını daha da təkmilləşdirir. Artıq "Google Voice" və "Chrome", "Gmail" kimi üçüncü tərəf tətbiqlərindən gələn doğrulama kodları da avtomatik şəkildə doldurula biləcək.

HİT.az xəbər verir ki, proqram mühəndisi Ceyn Mançun Vonqun paylaşdığı məlumatlara əsasən, iOS 26 yalnız "Apple"ın "Mesajlar" tətbiqindən deyil, həm də "Gmail" və "Google Voice" kimi üçüncü tərəf platformalardan gələn bir dəfəlik doğrulama kodlarını avtomatik şəkildə tanıyaraq doldura bilir. Bu xüsusilə iki mərhələli identifikasiya prosesi zamanı istifadəçilər üçün ciddi rahatlıq yaradır.

375743

"MacRumors"un xəbərinə görə, macOS Tahoe da oxşar şəkildə avtomatik doldurma funksiyasını genişləndirir. Artıq bu imkan yalnız "Safari" ilə məhdudlaşmır, "Google Chrome" kimi digər brauzerlər və "Mesajlar" tətbiqi vasitəsilə göndərilən kodlar da avtomatik şəkildə tanınıb doldurula bilir. Əvvəlki versiyalarda bu funksionallıq yalnız "Safari" ilə məhdud idi.

Bu yeniliklər "Apple"ın AutoFill funksiyasını daha əhatəli və istifadəçi yönümlü edir. Xüsusilə mütəmadi olaraq doğrulama kodu daxil edən istifadəçilər üçün bu yeniliklər həm vaxt qazancı, həm də istifadə rahatlığı baxımından böyük üstünlük təmin edir.

Hazırda həm iOS 26, həm də macOS Tahoe versiyaları yalnız proqramçılar üçün beta rejimində təqdim olunur. İyul ayında isə ümumi istifadəçilər üçün açıq beta versiyalarının istifadəyə verilməsi gözlənilir. Proqram təminatının yekun versiyaları ilin sonuna yaxın bütün istifadəçilərə təqdim ediləcək. Yeni avtomatik doldurma funksiyası da həmin vaxtdan etibarən ümumi istifadəyə açılacaq.

Samir
 

Seçilən
13
hit.az

1Mənbələr