AZ

Zakir Həsənov belaruslu həmkarı ilə görüşdü - FOTOLAR

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus müdafiə naziri general-leytenant Viktor Xrenin ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
 
Tərəflər ikitərəfli hərbi əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib və qarşılıqlı maraq doğuran sahələrdə onun fəallaşdırılması yolları barədə fikir mübadiləsi aparıblar.
 
Belaruslu nazir bildirib ki, ölkəsi ilə Azərbaycan arasındakı münasibətlərdə qarşılıqlı anlaşma yüksək səviyyədədir.
 
Naziri vurğulayıb ki, Belarus və Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədə inkişaf edir.
 
Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov isə qeyd edib ki, ölkələrimiz arasında hərbi və hərbi-texniki əməkdaşlığı yüksəklənən xətt üzrə inkişaf edir.
 
Danışıqlardan sonra Belarus və Azərbaycanın müdafiə nazirliklərinin rəhbərləri Minskin Qələbə meydanında ucaldılmış Qələbə abidəsi önünə gül dəstələri qoyublar.
 
Seçilən
2
2
moderator.az

3Mənbələr