AZ

Türkiyənin məşhur klubunun başqanı azərbaycanlı nazirin qonağı oldu

«Fənərbağça»nın prezidenti Ali Kocun Azərbaycana gözlənilən səfəri gerçəkləşib.

Mayın 20-də yaydığımız xəbər artıq təsdiqini tapıb (https://www.sportinfo.az/idman_xeberleri/turkiye/129621.html).

Türkiyə klubunun başqanı hazırda Bakıdadır.

Tanınmış iş adamı az öncə İqtisadiyyat Nazirliyində olub, nazir Mikayıl Cabbarovla görüşüb.

Onu «Fənər»in bir sıra vəzifəli şəxsləri və iş adamları müşayət edir.

A.Koç iki gün ölkəmizdə qalacaq, daha bir neçə görüş keçirəcək. Türkiyənin ən varlı şəxslərindən biri olan maqnatın burada bəzi klub funksionerləri ilə bir araya gəlməsi də istisna olunmur.

SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr