AZ

“Droeda Yunayted” Konfrans Liqasında iştirak hüququnu itirdi

İrlandiya təmsilçisi “Droeda Yunayted” növbəti mövsümdə Konofrans Liqası uğrunda yarışda iştirak hüququnu itirib.

Arena.az bu barədə İrlandiya klubunun rəsmi saytına istinadən məlumat verir.

Daha əvvəl UEFA tərəfindən müvafiq yarışda iştirakına qadağa ilə üzləşmiş İrlandiya klubu apellyasiya şikayəti ilə iddia qaldırsa da, bu işdə də uğursuzluğa uğrayıb.

Xatırladaq ki, sözügedən komanda Konfrans Liqasında İrlandiya Kubokunun qalibi qismində iştirak hüququ qazanmışdı. Həmçinin “Droeda Yunayted”in sahibinə məxsus, Danimarka təmsilçisi “Silkeborq”un da Konfrans Liqasına vəsiqə qazanması ilə vəziyyət, UEFA nizamnaməsində yolverilməz hala gətirib çıxarmışdı. Belə ki, klubların idman maraqlarının toqquşmasının qarşısını almaq məqsədilə, UEFA eyni sahibə malik klubların eyni avrokubok yarışlarında iştirakını qadağan edir.

Əlavə edək ki, “Droeda Yunayted” və “Silkeborq”un sahibi “Trivela Group” şirkətidir.

Seçilən
7
arena.az

1Mənbələr