AZ

İki zolağın arasında girinc qalan sürücü hərəkətə mane oldu VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Xırdalanda qaydalara əməl etməyən sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 77-EF-539 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü yolun hərəkət hissəsində yerləşmə qaydasını pozub. Görüntünü qeydə alan sürücü işıq siqnalı ilə yol verməyi tələb etsə də, "Prius" sürücüsü öncə sol zolaqda asta sürətlə hərəkət edib. Daha sonra dönmə işığını yandırmadan iki zolağın arası ilə hərəkət etməyə başlayıb. Görüntünü qeydə alan sürücü sağdan keçməyə çalışarkən həmin sürücü onu sağa sıxaraq qəza şəraiti yaradıb. Lakin irad bildirilən zaman, o, etdiyi yanlış hərəkəti boynuna almayıb.

Sürücülərin əksəriyyəti zolaqlar üzrə düzgün yerləşmirlər. Bu cür yanlış sürməyə öyrəşdikləri üçün, hər zaman doğru olduqlarını düşünürlər. Lakin hərəkətlərini kənardan izləyəndə hər şey aydın şəkildə görünür.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
avtosfer.az

1Mənbələr