Astana. Trend:
Yanvar ayından may ayına kimi Qazaxıstandan Azərbaycanaümumilikdə 95 milyon dollar məbləğində 450 min tonn taxıl ixracolunub.
Trend-inQazaxıstanın Azərbaycandakı diplomatik nümayəndəliyinə istinadənməlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri AlimBayel ölkənin kənd təsərrüfatı sektorunun nümayəndələri ilə görüşüzamanı danışıb.
Onun sözlərinə əsasən, Qazaxıstan bu il Azərbaycanın əsas taxıltədarükçüsü olub. İxrac həcmi 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 86 faiz artıb. Azərbaycanın ümumi idxal həcmində qazaxbuğdasının payı rekord səviyyəyə – 88 faizə çatıb.
Bayel qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi bu günəqədərki müstəqillik dövründə rekord göstəriciyə çatıb. Onunsözlərinə görə, 2025-ci ilin ilk dörd ayı ərzində ticarət həcmi 20faiz qalxıb.
Qeyd edək ki, Qazaxıstanın Bakıda yerləşən səfirliyindəkeçirilən tədbirdə Qazaxıstanın kənd təsərrüfatı məhsullarıistehsalçıları ilə yanaşı, Azərbaycanın aparıcı holdinqlərinin,şirkətlərinin, supermarket şəbəkələrinin və un istehsalımüəssisələrinin nümayəndələri iştirak ediblər.
Görüş zamanı Bayel Qazaxıstanın aqrar-sənaye kompleksisahəsindəki investisiya imkanları, kənd təsərrüfatı məhsullarınınemalı üzrə prioritet layihələr barədə danışıb və iş adamlarını fəalinvestisiya və ticarət-iqtisadi əməkdaşlığa dəvət edib.