AZ

Sumqayıt və Sabah klublarında baş məşqçi problemi nə zaman həll olunacaq?

ain.az, Oxu.az saytına istinadən bildirir.

Vaqif Cavadovla yollarını ayıran "Sumqayıt" və Vasili Berezutski ilə müqaviləyə xitam verən "Sabah" rəsmiləri yeni çalışdırıcı axtarışlarını davam etdirirlər.

Bu bardə Oxu.Az-ın sorğusunu cavablandıran "Sumqayıt" klubunun mətbuat katibi Zaur Xudiyev bildirib ki, hazırda rəsmi danışıqlar aparılan mütəxəssislər var.

"Hazırda bir neçə mütəxəssislə rəsmi danışıqlar aparılır. Bu məsələni ən qısa zamanda həll etmək istəyirik. Çünki toplanışa çox qısa müddət qalıb", - deyə Z.Xudiyev bildirib.

Problemlə ilə bağlı Oxu.Az-a açıqlama verən "Sabah" klubunun mətbuat katibi Elnur Həmidov isə bildirib ki, məsələyə yaxın üç-dörd gün ərzində aydınlıq gətiriləcək.

"Hazırda rəsmi danışıqlar aparılan məşqçilər var. Yerli və ya xarici məşqçi olması ilə bağlı dəqiq nə isə deyə bilmərik. Əsas məqsəd komandanı avrokuboklara yaxşı hazırlaşdıracaq məşqçi ilə müqavilə imzalamaqdır. Ən qısa zamanda razılıq əldə olunan baş məşqçinin adı ictimaiyyətə açıqlanacaq", - deyə E.Həmidov bildirib.

Anar Həsənov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
oxu.az

1Mənbələr