AZ

Sertifikasiya imtahanı verməyən müəllimlərə ŞAD XƏBƏR - RƏSMİ

"Yaxın vaxtlarda müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə sertifikasiya imtahanı təşkil olunacaq"

News24.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bu gün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, təhsil sahəsində son 10 ilə nəzər saldıqda isə aydın görünür ki, bu müddət ərzində bir çox mühüm dəyişikliklər baş verib:

"Bu dəyişikliklər müəllimlərin peşəkar inkişafına, təhsilin keyfiyyətinə və ümumilikdə təhsil sisteminin yenilənməsinə ciddi təsir göstərib. Sertifikasiya prosesi də bu istiqamətdə atılan mühüm addımlardan biri kimi qiymətləndirilir"

Aqil Qarayev


Seçilən
5
1
news24.az

2Mənbələr