ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp İran-İsrail münaqişəsi ilə bağlı diplomatik həll axtarışlarını sürətləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri İran rəsmiləri ilə danışıqlar aparmağı vitse-prezident Ceyms Devid Vens və Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoffa tapşırıb.
Məlumata görə, Uitkoff İranın xarici işlər naziri Abbas Araqçı ilə birbaşa əlaqə qura bilər.
Həmçinin qeyd olunub ki, ABŞ prezidenti İsrail və İran arasındakı gərginliyə görə Kanadada keçirilən G7 Zirvə toplantısından erkən qayıdıb.
Lakin o, bu səbəbi inkar edir. “Mən atəşkəs üçün qayıtmıram. Çox daha böyük bir şey üçün Vaşinqtona dönməli idim”, – Tramp sosial şəbəkə hesabında yazıb.
Günay Rəsulqızı
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.