AZ

Rasim Balayev kolbasa reklamında Aktyor onu qınayanlara cavab verdi

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Xalq artisti Rasim Balayev kolbasa reklamına çəkildiyinə görə onu qınayanlara cavab verib.

Aktyor Qaynarinfo-ya açıqlamasında bütün dünyada aktyor və aktrisaların reklama çəkildiyini və bundan qazanc əldə etdiyini bildirib:

"Əcəb edib çəkilmişəm, vəssalam. Təklif olunub mən də qəbul etmişəm".

"Kinoda bu boyda islahatlar aparılıb, amma ortada bir senari yoxdur, niyə filmlər çəkilmir" sualına Rasim Balayevin cavabı belə oldu:

"Bunu Mədəniyyət Nazirliyindən soruşun, kinonu onlar çəkir. Mən onların işini haradan bilim".

Qeyd edək ki, Xalq artisti Rasim Balayev kolbasa ilə bağlı reklam çarxına çəkilib. Tamaşaçıların bəziləri aktyoru sözügedən reklama çəkildiyi üçün "Rasim Balayev nə günə qalıb ki, gedib kolbasa reklamına çəkilir” deyə qınayıb. 

Bahar Rüstəmli

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
3
qaynarinfo.az

4Mənbələr