AZ

"Mən "Qızıl top"u həmişə ona verərdim" - Serxio Ramos

"Real Madrid"in və İspaniya millisinin sabiq müdafiəçisi, hazırda Meksikanın "Monterrey" klubunda çıxış edən Serxio Ramos bu il "Qızıl top" mükafatını hansı futbolçunun daha çox haqq etdiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "RMC Sport" belə çatdırıb:

"Kilian Mbappe ilə dostluq əlaqələrimiz öz yerində, bu futbolçu həqiqətən inanılmaz nəticələrə imza atır. Məndən olsa, "Qızıl top"u həmişə ona verərədim (gülümsəyir). Beş-on ildə dörd-beş "Qızıl top" əldə etsə, yəqin ki, rahatlaşar. "Real" mövsümü titulsuz başa vursa da, Mbappe Madrid təmsilçisindəki ilk mövsümündə "Qızıl buts" mükafatını qazandı. Kilian çox istedadlıdır və biz fərdi mükafatlardan danışırıq. O, əla mövsüm keçirib".

Qeyd edək ki, geridə qalan mövsümdə "Real" forması ilə 56 matça çıxan Mbappe 43 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı Fransa millisinin forvardının transfer qiymətini 170 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
1
1
fanat.az

2Mənbələr