
Rusiyanın strateji aviasiyasının əsas mərkəzlərindən olan Engels-2 aviabazasında bir dənə də təyyarə qalmayıb.
Reyting.az xəbər verir ki, bunu“Sentinel-2”nin peyk görüntüləri sübuta yetirir.
Xatırladaq ki, Engels-2 aviabazasından uzun müddət Ukraynaya kütləvi raket hücumları zamanı, eləcə də Suriyadakı əməliyyatlarda “Tu-160” və “Tu-95MS” strateji bombardmançı təyyarələrin buraxılması üçün istifadə edilib. Ancaq baza indi tamamilə boşaldılıb.
“Şəkillər yalnız mümkün saxta hədəfləri göstərir, real təyyarələri deyil”,- deyə hərbi müxbir Sergey Okunev bildirib.
Hələ 2023-cü ildə Rusiya təyyarələrin konturlarını betona çəkərək onların olmamasını ört-basdır etməyə çalışsa da, artıq bu üsul effektivliyini itirir.
Qeyd olunur ki, iyunun 1-də Rusiyanın dörd aviabazasını vuran Ukraynanın “Hörümçək toru” əməliyyatından sonra Moskva strateji aviasiyanın əsas qüvvələrini Uzaq Şərqə köçürüb.
Analitiklərin fikrincə, ən azı 7 “Tu-160” bombardmançı təyyarəsi Anadır, Yelizovo və Kazana, 11 “Tu-22M3” təyyarəsi Amur vilayətinə, bir neçə “Tu-95MS” isə Engelsdən köçürülüb.
V. QULİYEV