AZ

Müəllimlərin maaşı artacaq

“Bu il fizika, kimya və informatika müəllimləri sertifikasiyadan keçəcəklər”.

 

Sfera.az xəbər verir ki, bunu müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı təşkil olunan brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

 

Onun sözlərinə görə, yaxın gələcəkdə məktəblərin hamısında sertifikatlaşmış müəllimlər çalışacaq.

 

“Müəllimin keyfiyyəti təhsilin keyfiyyətini müəyyən edir. Fənni dərindən bilən və şagirdlərdə öyrənmə həvəsi yarada bilən müəllimlər seçilir. Məqsəd bütün məktəbləri savadlı və ixtisaslı müəllimlərlə təmin etməkdir”.

 

O bildirib ki, əgər müəllim sertifikatlaşdırmadan əvvəl 1000 manat məvacib alırdısa, sertifikatlaşdırmadan sonra onun əməkhaqqında artım nəzərdə tutulur. Bu isə sağlam rəqabət mühiti yaradır.

 

Firuzə Əliyeva

Sfera.az

Seçilən
13
5
sfera.az

10Mənbələr