“OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində BMT-nin Sənaye İnkişafı Təşkilatının baş direktoru Gerd Müller ilə görüşdük. Azərbaycanda dayanıqlı iqtisadiyyatın təşviqində Təşkilatla tərəfdaşlığın əhəmiyyətini vurğuladıq. Ölkəmizin iqtisadi prioritetləri barədə məlumat verdik, gündəlikdə olan əməkdaşlıq məsələlərini müzakirə etdik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.