İsrail Hərbi Kəşfiyyat İdarəsinin rəisi general-mayor Şlomi Binder tabeliyində olan zabitlərin yaxın vaxtlarda İranda daha genişmiqyaslı əməliyyatlara başlayacaqlarını bəyan edib.
Sfera.az bu barədə İnterfaks nəşrinə istinadən xəbər verir.
“Siz Tehrana yol açan və İranın ali komandanlığına zərbə endirən məlumat əldə etdiniz. Tezliklə başqa ərazilərdə fəaliyyətə başlayacaqsınız. Sübut etdiniz ki, sərhədləri aşaraq istənilən məqsədə çata bilərsiniz”, – deyə Binderin kəşfiyyat zabitlərinə müraciətindən sitat gətirilib.
O bildirib ki, qarşıdan gələn mərhələdə İsrailin milli təhlükəsizliyi üçün daha sərt və genişmiqyaslı fəaliyyətlər tələb olunacaq.
General-mayor vurğulayıb ki, bu kontekstdə hərbi kəşfiyyat orada qalan girovların azad edilməsi üçün Qəzza zolağında və digər cəbhələrdə eyni vaxtda mübarizə aparmaq zərurətini də unutmamalıdır.
Fidan Hacızadə
Sfera.az