AZ

ABŞ əsgəri ilə bağlı sensasion iddia: Bütün inanılmaz işləri...

ABŞ ordusunun müdafiə katibi Daniel Driskoll “Fox News” televiziyasına müsahibəsində Ayda Amerika əsgərinin olduğunu iddia edib.

Publika.az xəbər verir ki, Driskollun açıqlaması müzakirələrə səbəb olsa da, özü bununla bağlı heç bir reaksiya verməyib.

"Ölkə Şimali Karolinadakı daşqınlara və ya Kaliforniyadakı meşə yanğınlarına kömək etmək və ya dünən Ayda əsgər olan bir astronavtla etdiyim söhbət kimi, ordunun etdiyi bütün inanılmaz işləri görə biləcək”, - o söyləyib.

Britaniyanın “Daily Mail” qəzeti ABŞ katibinin Ayı Beynəlxalq Kosmik Stansiya (BKS) ilə səhv saldığını və hazırda stansiyada olan NASA astronavtı polkovnik Enn Makkleynlə söhbətindən danışdığını ehtimal edib.

Seçilən
3
publika.az

1Mənbələr