AZ

20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR

Azxeber.com portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Misir də daxil olmaqla 20 ölkə, İsrailin İrana qarşı həyata keçirdiyi hücumları qınayan ortaq bir bəyanat yayımlayıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bəyanatda, İsrailin İrana yönəlik hərbi əməliyyatlarının bölgənin təhlükəsizliyi üçün ciddi nəticələr doğura biləcəyi vurğulanıb və bu hücumların dərhal dayandırılması tələb olunub.

Ölkələr bölgədə artan gərginlikdən dərin narahatlıqlarını ifadə edərək, bütün tərəfləri münaqişələri dinc və diplomatik yollarla həll etməyə çağırıblar.

Ortaq bəyanat Türkiyə, İraq, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Oman, Küveyt, Bəhreyn, İordaniya, Misir, Sudan, Əlcəzair, Komor adaları, Cibuti, Somali, Liviya, Mavritaniya, Pakistan, Çad və Bruneyin xarici işlər nazirləri tərəfindən imzalanıb.

Oksana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
azxeber.com

1Mənbələr