AZ

Əbu-Dabi İnkişaf Fondunun Azərbaycana sərmayə qoyuluşu imkanları nəzərdən keçirilib

Bakı. Trend:

Azərbaycan və Əbu-Dabi İnkişaf Fondu arasında enerji,infrastruktur, innovasiya və digər istiqamətlərdə əməkdaşlıqməsələləri nəzərdən keçirilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.

Belə ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalqİnkişaf Fondunun Forumunda iştirak etmək üçün Avstriyanın paytaxtıVyanaya səfəri çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olanBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi İnkişaf Fondunun başdirektoru Məhəmməd Saif Əl Suveydi ilə görüşüb.

Görüşdə Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət əlaqələriningenişləndiyi vurğulanıb. BƏƏ-nin Azərbaycanın bərpaolunan enerjisahəsinə sərmayə qoyuluşu, həmçinin Fondun ölkəmizdə infrastrukturlayihələrinə göstərdiyi dəstək qeyd olunub.

"Ölkəmizin iqtisadi potensialı və əlverişli işgüzar mühitibarədə məlumat verilib. Tərəflər enerji, infrastruktur, innovasiyavə digər istiqamətlərdə əməkdaşlıq məsələlərini nəzərdənkeçiriblər. Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşuimkanları müzakirə olunub", - deyə məlumatda qeyd olunub.

Seçilən
10
az.trend.az

1Mənbələr