ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
İsrailin aparıcı sağçı televiziya kanallarından biri olan “Kanal 14” dünən axşam canlı yayımı zamanı kiberhücuma məruz qalıb.
Hücum kanalın yayım cədvəlini pozdu və bütün dünyanın diqqətini çəkib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə yerli vaxtla saat 22:00 radələrində “Kanal 14”-ün axşam xəbər buraxılışı zamanı baş verib.
Canlı yayımda aparıcıların çıxışı qəfildən kəsilib və proqramların yayım qısa müddətə dayanıb.
İran mənbələrinə istinadən bəzi KİV-lər hücumun İran tərəfindən həyata keçirildiyini iddia edib.
“Kanal 14”-ün studiyasında çaxnaşma yaşayan aparıcıların videosu İranda yerləşən sosial media postunda “Qorxulu səslərdən həzz alın” ifadəsi ilə birlikdə yayılıb.
“Kanal 14” rəhbərliyi hücumun kiberhücum olduğunu təsdiqləsə də, cinayətkarlar haqqında rəsmi açıqlama verməkdən çəkinib.
İsrail Kibertəhlükəsizlik Xidmətinin hadisə ilə bağlı araşdırmaya başladığı bildirilir.
Bəzi mənbələr hücumun İran tərəfindən İsrailin İran dövlət televiziyasına son hücumuna cavab olaraq həyata keçirilə biləcəyini irəli sürüb.
Nigar Hacılı
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.